遇见数据集

BƏDİİ MƏTNİN MÜSTƏQİL YOZUMU PRİZMASINDAN SƏMƏD VURĞUNUN "DAĞLAR" ŞEİRİNİN TƏDRİSİ METODİKASI

收藏
Zenodo2026-08-18 更新2026-08-02 收录
官方服务:

资源简介:

Məqalədə ədəbiyyat təhsilində ənənəvi, passiv oxu modelindən fərqli olaraq, şagirdlərin müstəqil təfəkkürünü və yaradıcı potensialını stimullaşdıran subyektiv interpretasiya (ədəbi yozum) metodikası araşdırılır. Tədqiqatın əsas məqsədi məktəblilərdə mütaliə mədəniyyətini inkişaf etdirmək, onları bədii mətnin sadəcə icraçısı deyil, həm də əsəri öz daxili süzgəcindən keçirərək canlandıran “ikinci müəllifə” çevirməkdir. Bu məqsədlə elmi-nəzəri prinsiplərə əsaslanan obyektiv təhlil prosesi ilə şagirdlərin subyektiv dünyagörüşünə söykənən sərbəst yozum fəaliyyəti vahid pedaqoji sistemdə uzlaşdırılmışdır.Metodik modelin praktiki tətbiqi Səməd Vurğunun ölməz "Dağlar" şeirinin tədrisi nümunəsində nümayiş etdirilmişdir. Dərs strategiyası üç fundamental mərhələ üzrə qurulmuşdur: oxuya hazırlıq kontekstində proqnozlaşdırılmış oxu cədvəllərinin tətbiqi, bədii detalların rolu vasitəsilə mətnaltı mənaların (subtekstin) şərh edilməsi və nəhayət, təhlillə yozumun sintezi mərhələsində müqayisəli analiz mexanizmlərinin işə salınması. Şeirdə keçən tarixi-real köç motivləri və təbiət təsvirləri şagirdlərin fərdi interpretasiyası sayəsində insanın daxili tənhalığı, yaradıcılıq axtarışları və saf duyğuların rəmzi kimi fəlsəfi qəlibdə yenidən mənalandırılmışdır.Tədqiqatın yekun qənaəti göstərir ki, bədii materialların hazır qəliblərlə öyrədilməsi şagird müstəqilliyini məhdudlaşdırır. Əksinə, nəzəri bazaya əsaslanan aktiv yozum priyomlarının, yaradıcı yazı və incəsənətin digər növləri ilə (rəngkarlıq, musiqi) inteqrasiyanın dərslərə daxil edilməsi şagirdlərin nitq mədəniyyətini zənginləşdirir, estetik zövqünü yetkinləşdirir və onlarda davamlı mütaliəyə qarşı real, daxili maraq oyadır.

提供机构:
Zenodo
创建时间:
2026-07-21
二维码
社区交流群
二维码
科研交流群
商业服务