Məhkum Şərqə münasibətdə Hafiz Şirazi şeiri "Molla Nəsrəddin" tənqidi realizmi müstəvisində
收藏官方服务:
资源简介:
Tədqiqatın məqsədi. Əsas məqsəd 1906-1931-ci illərdə Azərbaycan ədibi Cəlil Məmmədquluzadə tərəfindən nəşr olunmuş "Molla Nəsrəddin" jurnalında Şərq şairi Hafiz Şirazinin yaradıcılığı ilə bağlı məqamların ədəbi-estetik mahiyyətinə aydınlıq gətirməkdir. Hətta Cəlil Məmmədquluzadə Hafiz Şirazinin bir məşhur qəzəlinə istinadən Azərbayan ədəbiyyatında birinci satirik təxmisi yaratmışdır. Məqalədə müqayisəli -tutuşdurma, elmi təhlil, analiz metodlarından istifadə olunmuşdur. Əsas nəticə bundan ibarətdir ki, mollanəsrəddinçi müəlliflər Hafiz Şirazinin yaradıcılığına dərindən bələd olmuş, eyni zamanda artın ədəbiyyatın yenilənməsini vacib saymışlar. Bu nəticə yeni nəsil yazarların ədəbiyyata düzgün münasibətini formalaşdıra bilər
提供机构:
Zenodo创建时间:
2026-02-20



