İNKLÜZİV TƏHSİLİN PRİNSİPLƏRİ UNİVERSAL ÖYRƏNMƏ DİZAYNINDA
收藏资源简介:
Bu danılmaz bir faktdır ki, hər bir insanın özünəməxsus xüsusiyyətləri, qabiliyyətləri vardır. Uşaqların bu özəlliklərini üzə çıxarmaq üçün ən ideal məkansa məktəblərdir. Lakin burda məqsəd uşaqları məktəblərə uyğunlaşdıraraq kəşf etməkdənsə, müasir məktəblərin təhsil mühitlərini şagirdlərinin müxtəlif fərdi xüsusiyyətlərinə əsaslanaraq dizayn etmək daha effektiv nəticə vrə bilər. Bunun üçün məktəbin bütün iştirakçılarının təhsil ehtiyaclarını ödəmək üçün transformasiya olunmasını tələb edir ki, yalnız belə bir məktəb gələcək nəslin təhsili və inkişafı ilə bağlı problemləri həll etmək iqtidarında ola bilir. Uzun illər cəmiyyətdə əlilliyi olan şəxslərə qarşı olan inamsız, bəzən də mənfi münasibət onlarım evə məhkum olmalarına, ictimai yerlərdən uzaqlaşmalarına gətirib çıxarmışdır. Müasir dövrdə dayanıqlı cəmiyyətin bərqərar olması üçün əllilliyi olan şəxsləri cəmiyyətin tam hüquqlu üzvü kimi qəbul edilməsini, onların cəmiyyətə tam və səmərəli şəkildə inteqrasiyasını özündə əks etdirən sosial yanaşma modelinin formalaşdırılmasını təmin etmək zəruridir. Uzun illər tibbi model dominantlıq etsə də 2008-ci il oktyabrın ikisində Azərbaycanda BMT-nin 13 dekabr 2006-cı tarixli “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyası ratifikasiya edildikdən sonra aparılan geniş sosal islahatlar sayəsində yeni bir model tətbiq olunmağa başladı. Konvensiyaya görə əlilliyi olan şəxslərə cəmiyyətin hər bir sahəsində maksimum səviyyədə müstəqillik verilməli, onlara sərbəst fəaliyyət göstərmələri üçün olan bütün maneələri aradan qaldıracaq dövlət proqramları və strategiyaları həyata keçirilməlidir. Bütün bu proqramlar elmi əsaslara söykənməli və bünövrəsini isə təhsildə başlamalıdır.



