遇见数据集

A.S. PUŞKİN YARADICILIĞININ RUS ƏDƏBİYYATININ İNKİŞAFINDAKI ROLU

收藏
Zenodo2026-07-16 更新2026-08-02 收录
官方服务:

资源简介:

Məqalədə Aleksandr Sergeyeviç Puşkin yaradıcılığının rus ədəbiyyatının inkişafındakı rolu və onun milli realist ədəbi məktəbin formalaşmasına təsiri araşdırılmışdır. Tədqiqat zamanı Puşkinin poeziyası, nəsri və dramaturgiyası kompleks şəkildə təhlil edilmiş, müəllifin rus ədəbi dilinin zənginləşməsində, realizm cərəyanının təşəkkülündə və sonrakı nəsil yazıçıların yaradıcılıq istiqamətlərinin müəyyənləşməsində oynadığı rol qiymətləndirilmişdir. Xüsusi diqqət "Yevgeni Onegin" romanının ideya-bədii xüsusiyyətlərinə, Puşkin lirikasında vətən, azadlıq, sevgi mövzularının bədii ifadəsinə yönəldilmişdir. Bununla yanaşı, yazıçının "Belkin povestləri", "Kapitan qızı", "Boris Qodunov" əsərləri rus realist nəsri və dramaturgiyasının inkişafı kontekstində təhlil edilmişdir. Məqalənin nəticələri Puşkin irsinin rus və dünya ədəbiyyatı tarixində xüsusi yer tutduğunu, onun yaradıcılığının müasir ədəbiyyatşünaslıq baxımından da aktuallığını qoruduğunu göstərir.

提供机构:
Zenodo
创建时间:
2026-07-16
二维码
社区交流群
二维码
科研交流群
商业服务