SET-İN ŞAGİRD ŞƏXSİYYƏTİNİN İNKİŞAFINDA ROLU
收藏资源简介:
Məqalədə şagirdlər də həyat bacarıqlarının formalaşdırılması və inkişafında sosial-emosional təlimin rolu elmi-pedaqoji aspektdən təhlil olunmuşdur. Sosial-emosional təlimin mahiyyəti, onun pedaqoji-psixoloji əsasları və təhsil prosesində tətbiq imkanları araşdırılmışdır. Tədqiqatda sosial-emosional bacarıqların şagirdlərin emosional rifahına, sosial adaptasiyasına və təlim motivasiyasına təsiri əsaslandırılmışdır. Eyni zamanda sosial-emosional təlimin şəxsiyyətyönümlü və kompetensiya əsaslı təhsil yanaşmaları ilə qarşılıqlı əlaqəsi göstərilmişdir. Məqalədə sosial-emosional təlimin təhsil mühitində sistemli şəkildə tətbiqinin şagirdlərin sosial məsuliyyətli, emosional cəhətdən dayanıqlı və müstəqil fərdlər kimi formalaşmasında mühüm əhəmiyyət daşıdığı nəticəsinə gəlinmişdir.



