遇见数据集

MÜASİR AZƏRBAYCAN DİLİNDƏ SİNONİMLİK: SEMANTİK-STRUKTUR TƏHLİL VƏ FUNKSİONAL XÜSUSİYYƏTLƏR

收藏
Zenodo2026-07-31 更新2026-08-02 收录
官方服务:

资源简介:

Məqalədə müasir Azərbaycan dilçiliyinin vacib problemlərindən biri olan leksik və qrammatik sinonimlik məsələləri kompleks semantik-struktur aspekt daxilində təhlil olunur. Sinonimlik dilin leksik-semantik sisteminin zənginliyini, təfəkkürün dəqiqliyini və nitqin üslubi rəngarəngliyini təmin edən əsas kateqoriyalardan biridir. Tədqiqat işində sinonimlərin mənşəyi, onların tam (mutlaq) və nisbi (ideoqrafik, üslubi) növləri, dominant (əsas) sözün müəyyənləşdirilməsi meyarları və dilin qənaət prinsipi ilə qarşılıqlı əlaqəsi araşdırılır. Həmçinin, rəqəmsallaşma və müasir kommunikasiya şəraitində sinonimik cərgələrin genişlənmə dinamikası, xarici mənşəli sözlərin milli qarşılıqlarla sinonimləşmə prosesi təhlil edilir. Aparılan təhlillər göstərir ki, sinonimlik yalnız leksik vahidlərin eynimənalılığı ilə məhdudlaşmır, o, həm də nitqdə təkrarçılığın qarşısını alan və fikir ifadəsində incə çalarları reallaşdıran mühüm funksional-üslubi mexanizmdir.

提供机构:
Zenodo
创建时间:
2026-07-31
二维码
社区交流群
二维码
科研交流群
商业服务