遇见数据集

Qədimli, N., Məmmədov, Ü. (2026). Abşeron Milli Parkında və Zirə qəsəbəsində çimərlikdə qum, bitki örtüyü və antropogen hissəciklərin vizual-mikroskopik sahə tədqiqatı.

收藏
Zenodo2026-05-08 更新2026-05-26 收录
官方服务:

资源简介:

Bu hesabat 07.05.2026 tarixində Xəzər sahilinin iki fərqli istifadə rejiminə malik ərazisində aparılmış ilkin sahə tədqiqatının nəticələrini sistemləşdirir. Tədqiqatda Abşeron Milli Parkının mühafizə olunan sahil zonası və Zirə qəsəbəsinin ictimai istifadə olunan sahil zonası müqayisəli şəkildə araşdırılmışdır. Hər iki ərazidə 20×20 sm ölçülü (0.04 m2) kvadrat müşahidə sahələri seçilmiş, qum nümunələri və sahildə rast gəlinən antropogen hissəciklər toplanmışdır. Nümunələr duzlu su flotasiya üsulu ilə ilkin ayrılmadan keçirilmiş, sonra LCD Digital Microscope DM9 rəqəmsal mikroskopu vasitəsilə vizual-mikroskopik baxışdan keçirilmişdir. İlkin nəticələr göstərir ki, həm mühafizə olunan ərazi, həm də ictimai istifadə olunan sahil zonası nümunələrində mikroplastikə bənzər antropogen hissəciklərə rast gəlinmişdir. Bununla belə, ictimai istifadə zonasına aid nümunələrdə rəng, forma və material müxtəlifliyi daha nəzərəçarpan olmuşdur. Nəticələr yaşıl iqtisadiyyat, sahil zonalarının davamlı idarə olunması, tullantıların azaldılması və ekoloji monitorinq baxımından əhəmiyyətli ilkin məlumat bazası kimi qiymətləndirilə bilər.

提供机构:
Zenodo
创建时间:
2026-05-08
二维码
社区交流群
二维码
科研交流群
商业服务